Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
“Rusiyanın “Vertolyotı Rossii” holdinqi bu ilin yayında keçiriləcək “Armiya-2018” sərgisində yeni Mi-28NM helikopterini təqdim edəcək”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, artıq 2018-ci ilin sonlarında bu helikopterin Rusiya ordusunun silahlanmasına qəbul edilməsi planlaşdırılır.
Ağalar Qəribov
Ordu.az