Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Hazırda dünyada müxtəlif instansiyalarda güc potensialının alətləşdirilməsi baş verir. Bu həm beynəlxalq, həm də iqtisadi ölçülərdə baş verir. Hətta BMT Nizamnaməsi ilə qadağan olunan formada gücün tətbiq edilməsi formalarına rast gəlmək olur”, - deyə Lavrov bildirib.
O qeyd edib ki, gücün bu formada istifadəsi dünya dövlətlərinin hüququn aliliyinə inamını itirməsi və buna uyğun olaraq əsas diqqəti məhz orduların güclənməsinə yönəltmələri ilə nəticələnir.
Ağalar Qəribov
Ordu.az