Almaniya SQ Baş Qərargah rəisi Gürcüstana səfər edəcək

2018/05/65_1527670463.jpg
Oxunub: 4409     16:53     30 May 2018    
Almaniya Silahlı Qüvvələri Baş Qərargah rəisi, general Eberhard Sorn bu gün rəsmi səfərlə Gürcüstana gələcək.

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Alman general Gürcüstan Silahlı Qüvvələri Baş Qəratgahı rəisi, general-mayor Vladimir Çaçibaya ilə görüşəcək. Tərəflər iki ölkənin silahlı qüvələrinin uğurlu əməkdaşlığı və ölkələrin Əfqanıstanda keçirilən missiyada birgə iştirakının davam etdirilməsini müzakirə edəcəklər.

Sorn həmçinin Gürcüstan müdafiə naziri Levan İzoriya ilə görüşəcək və NATO-Gürcüstan təlim və qiymətləndirmə birgə mərkəzinə səfər edəcək.

Alman generalın Gürcüstan səfəri mayın 31-dək davam edəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan-Almaniya   BQ  


Bizi "telegram"da izləyin