“ABŞ İranla konfrontasiyaya nail olmaq istəyir” - Lavrov

2018/05/23423_1527670039.jpg
Oxunub: 2522     16:44     30 May 2018    
“Birləşmiş Ştatlar nüvə müqaviləsindən çıxmaqla İranla total konfrontasiya təşkil etmək istəyir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Ötən əsrin 80-ci illərinin “nüvə qışı” barədə apokaliptik proqnozları xatırlanır. Xoşbəxtlikdən o, hələ başlamayıb, lakin əvəzində faciəvi hadisələrlə müşayiət olunaraq kütləvi məhvetmə silahları problemini gündəmə gətirən “Ərəb baharı” qədəm qoydu”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması İranla konfrontasiyaya nail olmaq məqsədi daşıyır. Həmçinin Suriya hökumətinin kimyəvi silah tətbiqində təqsirləndirilməsi də Dəməşqdə ABŞ-a tabe olacaq qüvvələri hakimiyyətə gətirmək üçündür.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Suriya-böhranı  


Bizi "telegram"da izləyin