WT: Tramp ABŞ hərbçilərinin nə qədər dinc sakin öldürdüyünü gizlədir

2018/05/345345_1527668692.png
Oxunub: 0     17:23     30 May 2018    
ABŞ prezidneti Donald Trampın administrasiyası Birləşmiş Ştatların hərbçilərinin nə qədər dinc sakinin öldürdüyünü gizlədir.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp administrasiyası Ağ Evin daha öncəki rəhbəri tərəfindən imzalanan icraedici əmrə baxmayaraq, Vaşinqton hərbi əməliyyatlar apardığı ölkələrdə Amerika hərbçilərinin nə qədər dinc sakinin öldürdüyünü gizlədir.

Nəşrdə məqalənin müəllifi olan Sara Naki və Aleks Murhed qeyd edirlər ki, Ağ Evə Respublikaçıların gəlməsi ilə Somali və Yəmən kimi ölkələrdə ABŞ hərbi əməliyyatlarının sayı əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin monitorinq təşkilatları göstərirlər ki, İraq və Suriyada ABŞ hərbçiləri bu ölkələrin dinc sankinlərinə qarşı rekord sayda ölümcül silah istifadə edib.

“Ağ Ev 1 iyul 2016-cı ildə demokrat Barak Obama tərəfindən imzalanan icraedici əmrə əsasən, ABŞ-ın hərbi əməliyyatlar apardığı ölkələrdə həlak olan dinc sakinlər barədə məlumat ictimaiyyət üçün açıq olmalıdır”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gizli-müharibələr  


Bizi "telegram"da izləyin