Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“Öncə demək istəyirəm ki, ABŞ hökməti üçün Suriya məsələsi aşırı narahatçılıq yaradan məsələ olaraq qalır. 2017-ci ilin iyulundan Rusiya, ABŞ və İordaniya tərəfindən Suriyanın cənub-qərbində yaradılan deeskalyasiya zonası fəaliyyəti ərzində daima uğurlu olub”, - deyə Nauert bildirib.
O qeyd edib ki, həmin zonada döyüş fəaliyyətinin baş verməməsi üçün Vaşinqton Moskva ilə konsultasiyalar aparır və bu, ABŞ üçün vacibdir.
Ağalar Qəribov
Ordu.az