Türkiyə XİN: ABŞ F-35-lərlə təchiz etməsə, Ankara qırıcıları başqa ölkədən alacaq

2018/05/34534_1527667681.jpg
Oxunub: 3427     16:07     30 May 2018    
“Əgər ABŞ Türkiyənin F-35-lərlə təchizatından imtina edərsə, Ankara qırıcıları başqa ölkədən alacaq”.

Ordu.az NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Əgər təyyarələr bizə verilməsə, biz qırıcılara olan tələbatımızı başqa yerdə tətmin edəcəyik”, - deyə Çavuşoğlu bildirib.

Bununla belə o qeyd edib ki, F-35-lərin alınmasına dair hər hansı narahatçılığı yoxdur və bu, hüquqi razılaşmadır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   F-35  


Bizi "telegram"da izləyin