Rusiya, ABŞ və İordaniya Suriyada deeskalyasiya zonalarını müzakirə edəcəklər

2018/05/4536_1527665773.jpg
Oxunub: 3951     15:34     30 May 2018    
“Rusiya, ABŞ və İordaniya nümayəndələrinin Suriyada deeskalyasiya zonalarındakı vəziyyəti müzakirə etmək üçün Ammanda görüşəcəklər”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bəyan edib.

“ABŞ, Rusiya və İordaniya nümayəndələri arasında görüş Ammada keçiriləcək. Biz istənilən səviyyədə danışıqlara hazırıq”, - deyə Boqdanov bildirib.

O qeyd edib ki, İordaniya tərəfi görüşün nazilər səviyyəsində keçirilməsini təklif edib və Rusiya buna razıdır. Hazırda ABŞ tərəfindən cavab gözlənilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   İordaniya   Suriya-böhranı  


Bizi "telegram"da izləyin