Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus tankerə endirilən raket İrana məxsusdur”, - deyə Mettis bildirib.
Qeyd edək ki, aprelin əvvəllərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tankerə hücumu dəf edə bildiyini açıqlayıb. Hücumun tankerin köməyinə gələn hərbi gəmilər vasitəsilə dəf edildiyi bildirilirdi.
Ağalar Qəribov
Ordu.az