Donbasda gərginlik davam edir: 4 yaralı

2018/05/7567_1527663845.jpg
Oxunub: 3238     15:03     30 May 2018    
Ukraynanın şərqində - Donbasda Ukrayna Silahlı Qüvvələri və separatçılar arasında döyüşlər davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində atəşkəs ümumilikdə 36 dəfə pozulub. Atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 4 hərbçisi yaralanıb.

Xüsusilə Novotoşkovsk, Zaytsevo, Marinki və Avdeyevka istiqamətində sərt döyüşlərin getdiyi bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas  


Bizi "telegram"da izləyin