ABŞ BMT TŞ-dən İsrailin atəşə tutlmasına dair fövqəladə iclas keçirməyi tələb edir

2018/05/2423_1527663402.png
Oxunub: 1427     14:48     30 May 2018    
Nyu-Yorkdakı BMT mənzil-qərargahı yanında ABŞ nümayəndiliyi İsrailin atəşə tutulması ilə əlaqədar olaraq Təhlükəsizlik Şurasının keçirilməsini tələb edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki. bu barədə BMT-dəki ABŞ missiyasının “Twitter” hesabında məlumat yerləşdirib.

“Bu gün ABŞ HƏMAS və digər döyüşçülərin Qəzza bölgəsindən İsraili atəşə tutmasına dair son hadisələri müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasından fövqəladə iclas keçirməyi tələb edir”, - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Yaxın Şərqdə təhlükəsizliyə nail olmaq üçün İsrailin atəşə tutulmasını müzakirə və mühakimə etmək zəruridir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BMT   İsrail  


Bizi "telegram"da izləyin