Ordu.az xəbər verir ki, iki ölkənin sualtı gəmilərini ABŞ-ın “The National Interest” nəşri müqayisə edib.
Nəşr Rusiyanın K-560 “Severodvinsk” atom sualtı gəmisi ilə ABŞ-ın “Vurginia” Block III tipli sualtı gəmisinin müqayisəsi əsasında ümumi mənzərəni canlandırmağa çalışıb.
Qeyd edilir ki, “Severodvinsk” öz rəqibindən daha zəif sürətə malikdir, lakin daha böyük dərinliyə enməyə qadirdir. Bununla belə, gəmilərin silah gücünə görə təxminən bərabər olduqları vurğulanır.
“Virginia”nın daha güclü hidrolokasiya sisteminə malik olduğu və daha sakit səslə üzdüyü bildirilir. Öz növbəsində “Severodvinsk”də qayıq əleyhinə “Club-K” raket kompleksləri quraşdırılıb və onların sayəsində gəmi rəqiblərini torpedolarla vura bilər.
Ağalar Qəribov
Ordu.az