Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Mayın 31-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Koreya Xalq Demokratik Respblikasına rəsmi səfəri baş tutacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Lavrov KXDR xarici siyasət qurumlarının rəhbərləri ilə görüşərək Koreya yarımadası ətrafında vəziyyət, nüvəsizləşmə, ikitərəfli əlaqələr, həmçinin qarşılıqlı maraq yaradan digər məsələlər barədə fikir mübadiləsi aparacaq.
Ağalar Qəribov
Ordu.az