Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauert bəyan edib.
“Bizim Türkiyə hökuməti ilə heç bir razılaşmamız yoxdur. Daha öncə bəyan etmişik ki, Suriya üzrə Amerika-Türkiyə işçi qrupu Ankarada ötən cümə günü görüş keçirib. Bizim Suriya və qarşılıqlı narahatlıq yaradan digər məsələlər üzrə konsultasiyalarımız davam edir”, - deyə Nauert bildirib.
O qeyd edib ki, ABŞ dövlət katibi Mayk Pompeo böyük səbrsizliklə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iyunun 4-də bu danışıqların davam etməsi üçün Vaşinqtonda gözləyir.
Ağalar Qəribov
Ordu.az