WSJ: ABŞ şirkəti İsraildən kiber kəşfiyyat vasitələri istehsalçısını alır

2018/05/received_1183852378424375_1527620309.jpeg
Oxunub: 3685     02:57     30 May 2018    
Birləşmiş Ştatların “Verint Systems” proqram təminatı istehsalçısı İsrailin “NSO Group” şirkətini almaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, “NSO Group” kiber kəşfiyyat vasitələri istehsalçısı almaq üçün “Verint Systems” 1 milyard dollar ödəyəcək.

Qeyd edək ki, “NSO Group” hökumət təhlükəsizlik xidmətlərinə hərbi təyinatlı texnologiyalar təchiz etməsi ilə məşhurdur və dünyanın bir sıra ölkələri kiber kəşfiyat vasitələri üçün məhz bu İsrail şirkətinə üstünlük verir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NSO-Group   Verint-Systems  


Bizi "telegram"da izləyin