Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu məsələ ilə bağlı məhkəmə qarşısında ifadə verməyə hazır olduğunu da dilə gətirib.
Onun sözlərinə görə, sözügedən terror hücumunda əli olan ölkə rəsmi Tehran yox, Ər-Riyad olub.
“9-11 komissiyasının hesabatında İranın adı çəkilsə də, açıqca heç bir sübutun olmadığı da qeyd olunub. Komissiya həm də səudiyyəlilərə də toxunub və mənim şəxsi fikrimə görə, onlar işə qarışmasa idi bu terror hücumu baş verməzdi”, - deyə Maluf bildirib.
Ağalar Ağalarlı
Ordu.az