ABŞ-da uğursuzluğu etiraf ediblər: “Əfqanıstanda stabilləşmə mümkün deyil”

2018/05/received_2548969251995894_1527614922.jpeg
Oxunub: 2414     01:34     30 May 2018    
ABŞ-ın Əfqanıstandakı siyasəti son 15 il ərzində gözlənilən nəticələri vermədi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstanın bərpası üzrə xüsusi baş inspektoru Son Sopko sonuncu hesabatında bildirib.

“Birləşmiş Ştatların siyasəti son 15 ildə gözlənilən nəticələri vermədi. Ölkədə vəziyyət stabilləşmədi, əksinə, zorakılıq artdı. İstehsal edilən tiryəkin həcmi artır. Yaradılan hökumət orqanları korrupsiyaya bulaşdı”, - deyə Sopko vurğulayıb.

O qeyd edib ki, problemin əsas kökü Birləşmiş Ştatların Əfqanıstandan İraq düzəltmək istəməsi idi.

Ağalar Qəribov

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin