Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Mayın 23-də erməni tərəfinin təşəbbüsü üzrə Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla telefon danışığı baş tutub. Danışıqlar çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri, o cümlədən iyunun 1-də Düşənbədə MDB Ölkələri Rəhbərləri Şurası və KTMT-nin iyunun 11-də Almatıda keçirilməsi nəzərdə tutulan iclası müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, nazirlərin söhbətində Dağlıq Qarabağ üzrə nəzərdə tutulan kontaktlar və ATƏT-in Minsk Qrupunun fəaliyyəti müzakirə edilib.
Ağalar Qəribov
Ordu.az