Məşhur futbolçu cəbhədə: "Hər an silaha sarılıb düşmən üzərinə yeriməyə hazıram" - AÇIQLAMA

2018/05/32603697_337066043484557_5362317749102051328_n123_4579724418.jpg
Oxunub: 2878     20:21     17 May 2018    
"Komanda yoldaşlarımla buranı ziyarət etməyi özümə borc bildim. Kim olmağından asılı olmayaraq, əsgərləri ziyarət etmək hər bir azərbaycanlının borcudur. Mən hər bir əsgərimizlə qürur duyuram".

Bu sözləri Ordu.az-a açıqlamasında "Qarabağ" klubunun aparıcı futbolçularından olan Qara Qarayev deyib.

Görüş zamanı ön mövqelərdə yerləşən bölmələrin məişət şəraiti ilə tanış olan Qara Qarayev gördüklərindən heyrətləndiyini bildirib.

"Əlbətdə ki, müasir ordumuzun yüksək səviyyədə təminatı olduğunu eşitmişdim. Amma bu gördüklərim sadəcə heyrətamizdir. Burada əsgərlər üçün yaradılan şərait onu göstərir ki, həqiqətən də Azərbaycan Ordusu regionun ən müasir və güclü ordusudur. Üstəlik əsgərlərdə olan yüksək vətənpərvərlik ruhu məni əmin edir ki, bizim bir qarış da olsun torpağımız işğal altında qalmayacaq", - deyə o qeyd edib.

Tanınmış futbolçu əməkdaşımızla elə səngərdəcə həmsöhbət olarkən hər an Ali Baş Komandanın əmrinə hazır olduğunu qeyd edib: "Mən özüm də məcburi köçkünəm. Doğulduğum rayon düşmən işğalı altındadır. İstənilən an torpaqlarımızın azad edilməsi uğrunda cənab Ali Baş Komandanımızın verəcəyi döyüş əmrinə hazıram. Doğrudur, biz də dövlət bayrağımız uğrunda öz cəbhəmizdə vuruşuruq. Lakin buna baxmayaraq hər an silaha sarılıb düşmən üzərinə yeriməyə hazıram".

Xatırladaq ki, bu gün "Qarabağ" klubunun futbolçuları - Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev Qarabağ bölgəsinə səfər edərək ön cəbhədə xidmət edən hərbu qulluqçularla görüşüblər.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Qara-Qarayev   Cəbhə   Qarabağ  

Xəbər lenti

Məşhur futbolçu cəbhədə: "Hər an silaha sarılıb düşmən üzərinə yeriməyə hazıram" - AÇIQLAMA

2018/05/32603697_337066043484557_5362317749102051328_n123_4579724418.jpg
Oxunub: 2881     20:21     17 May 2018    