Ordu.az xəbər verir ki, hadisə ilə bağlı öz problemlərini və etirazlarını döyülən əsgərin yaxınları sosial şəbəkədə paylaşıblar. Onların yazdığına görə yaxın qohumları, 15-ci bölükdə xidmət edən əsgər Qaqo Tevonyan komandirləri tərəfindən tez-tez fiziki təzyiqlərə və təhqirlərə məruz qalıb.
Son dəfə isə komandirin vurduğu zərbələr nəticəsində əsgərin çənəsi sınıb və bir neçə dişi tökülüb. Əsgər Ağdərədə yerləşən hərbi tibb müəssisəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az