Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə görüşüb.
Kasprşik Parisdə Azərbaycan xarrici işlər naziri Elmar Məmmədyarovla keçirilmiş görüşün nəticələrini Ermənistanın xarici işlər nazirinə təqdim edib.
Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərinin qarşıdakı iş proqramlarına toxunublar.
Alpər Mövludoğlu
Ordu.az