Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Rusiya Federasiyasının keçmiş həmsədri məşhur diplomat Vladimir Kazimirovla görüşüb.
"Erməni Milli Konqresi" (EMK) partiyasının sədr müavini Levon Zurabyanın da iştirak etdiyi görüşdə, Qarabağ münaqişəsinin nizamlanması və bununla bağlı bölğə siyasətinə dair digər məsələlər müzakirə edilib.
Alpər Mövludoğlu
Ordu.az