Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhanisyan bildirib.
Burada əsas məsələ yeni nazir təyin olunmuş Tonoyanın yaralı erməni əsgəri üzərindən özünü reklam etməsi deyil, daha vacib məqam ziyarət zamanı çəkilən fotolardır.
Belə ki, Ermənistan müdafiə nazirinin mayın 13-də işğal altında olan Qarabağ ərazilərində qoşunların təmas xəttinin şimal istiqamətində yaralanmış təxribatçı erməni əsgəri Şamxal Petrosyana baş çəkməsi ilə bağlı fotolar müxtəlif istiqamətlərdən çəkilib.
Yalnız bir fotoda Tonoyanın arxasında ölümcül halda, daha yaşlı düşmən hərbi qulluqçusunun olduğunu görürük. Onun nə zaman yaralandığı aydın olmasa da, yaşlı olmasından əsgər olmadığı təmamilə aşkardır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itki və yaralıların açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
Arxa fona diqqətlə baxsaq çarpayının boş olduğunu görərik
Çarpayıya doğru uzanan şlanqlara nəzər salsaq, erməni hərbçinin Tonoyanın otaqdan çıxmasından sonra dərhal geri gətirildiyini görərik
Aşağıdakı son fotoda isə gizlədilən yaralı erməni hərbçinin ölümcül halda olduğu görüntülənib
Alpər Mövludoğlu
Ordu.az