Sualtı qayıq əleyhinə "Sin Meiva" PS-1 hidrotəyyarəsi – ARAŞDIRMA (FOTOLAR)

2018/05/28_12211147152.jpg
Oxunub: 2007     23:16     15 May 2018    
Yaponiya, dəniz özünümüdafiə qüvvələrinə və xüsusi olaraq dəniz aviasiyasına qarşı xüsusi tələblər meydan gətirən adalarda yerləşir. Özünümüdafiə qüvvələrinin aviasiyasına müxtəlif vəzifələri icra etmək üçün "uçan qayıqlar" da daxil olmaqla müxtəlif xüsusiyyətləri və bacarıqları olan təyyarələr tələb olunur. Yaponiya tərəfindən müstəqil olaraq yaradılan və silahlanmaya daxil olan belə bir vasitənin ilk müasir modeli, "Sin Meiva" PS-1 hidrotəyyarəsi olub.

1953-cü ildə "Sin Meiva" şirkəti çoxməqsədli perspektiv hidrotəyyarə layihəsinin hazırlanmasına başladı. Qeyd etmək lazımdır ki, şirkət həqiqətən bu işlə məşğul ola bilərdi. 1949-cu ilə qədər şirkət "Kawanishi Kokuki" adlanırdı və əvvəllər qırıcı təyyarə və uçan qayıqlar istehsalçısı kimi məşhur idi. Müharibədən sonrakı dövrdə o, müxtəlif avadanlıqlar üçün müxtəlif qurğuların istehsalı ilə məşğul olan subpodrat şirkəti kimi tanındı. İndi şirkətin mütəxəssisləri əvvəllər qazanılan təcrübələrindən istifadə edərək perspektivli bir təyyarə yaratmaq üçün müasir texnologiyalardan istifadə edə bilərdi.


PS-1 seriya təyyarəsi suda

1958-ci ildə Sidzuo Kukixaranın başçılıq etdiyi konstruktorlar "Sin Meiva" üzrə avadanlıqların gələcək görünüşünün ilkin araşdırmasını tamamladı və tələb olunan layihə işlərinin bir hissəsini həyata keçirdi. Hazır olan layihənin Müdafiə Qüvvələrinin komandanlığına təqdim edilməsi nəzərdə tutulurdu ki, bunun da nəticəsində avadanlıqların kütləvi istehsalına dair sifariş verilə bilərdi.

Yaponiyanın HDQ döyüş və dəstək vəzifələri üçün bir neçə ədəd hidrotəyyarə almaq qərarına gəlir. Tezliklə altı ədəd Amerikan istehsalı Grumman SA-16 "Albatross"un alınması üçün müqavilə imzalanır. Bu texnikaları UF-1 adlandıran yaponlar bu təyyarələrlə mövcud parkı gücləndirmək və onlardan istifadənin xüsusi proqramını öyrənmək istəyirdilər. Bundan əlavə yerli istehsalçının dəstəklənməsi və öz layihələrinin inkişafı üçün sifariş verilməsidə qərara alındı. Hərbçilər ilk növbədə qayıq əleyhinə təyyarəni əldə etmək istəyirdi.

"Sin Maiva" şirkətinin layihəsi müəyyən bir mürəkkəbliklə fərqlənirdi və bir sıra orijinal yeniliklərdən istifadə etməyi təklif edirdi. Uçan qayıq, dəniz səviyyəsində hərəkəti yaxşılaşdıracaq bir konfiqurasiyaya sahib olmağa, avtomatik idarəetmə sisteminə və sərhəd qatının idarə edilməsinə ehtiyac duyurdu. Bütün bu ideyalar və yeniliklər yeni uçan laboratoriya tələb edən ilkin təcrübə sınaq yoxlamalarına ehtiyac duyurdu. Onun inşasına 1960-cı ildə başlandı.


Uçuşda ilk təcrübəli PX-S maşını

Uçan labarotoriya qismində istifadə etmək üçün ABŞ-dan UF-XS adlı başqa bir SA-16 təyyarəsi satın alındı. Tezliklə onu nəzərə çarpacaq şəkildə yenidən qurdular. Belə ki, qayıq gəmisinin konfiqurasiyası tam dəyişdi: yeni quyruq hissəsi redan ilə təchiz edildi. Bundan əlavə, təyyarə 600 litr həcmli "Pratt & Whitney" istehsalı iki ədəd R-1340 mühərrikinə sahib oldu. Onlar qanadda yeni qondollarda yerləşdirildi.

1962-ci ilin dekabr ayının sonunda UF-XS uçan laboratoriyası havaya qalxdı. Sınaqlar bir neçə ay davam etdi. Suyun üzərindən bir çox qalxma və enmə həyata keçirildi. Yeni idarəetmə vasitələri özlərinin normal işlədildiyini və qayıq təyyarənin modifikasiya edilən konfiqurasiyası əsas xüsusiyyətlərinin artmasına səbəb olduğu aşkar edildi. Uçan laboratoriya sınaqlarının tamamlanmasından əvvəl tammiqyaslı çoxməqsədli maşının dizaynına başlandı. Yeni texnologiya nümunəsinin bu modeli PS-1 olaraq adlandırıldı. Həmçinin SS-2 adından istifadə edilib.

PS-1 layihəsi sıx qaynaq olunan bütöv metal korpuslu, germetik fyuzelaja malik yüksək üçün hidrotəyyarədən ibarət idi.

Dalğalara qorunmaq üçün təyyarəni T formasında qurdular. Təyyarə yer üzərində geri çəkilə bilən şassilərlə hərəkət edə bilirdi. Lakin sonuncunun dizaynı və gücü quruya enməyə imkan vermədi. Güc qurğusu dörd əsas və bir əlavə mühərrikdən ibarət idi.

Qanad və su mühərriki qaldırmaq zərurəti ilə bağlı fyuzelaj artan en kəsiyi ölçülərilə ilə xarakterizə edilir. Korpusun önündə ekipaj kabini və cihaz bölməsi mövcud idi. Daxili bölmələrin əksəriyyəti xüsusi avadanlıq, onun operatorları və silahları yerləşdirmək üçün ayrılırdı. Daxili avadanlıqların tərkibi təyyarənin modifikasiyası və məqsədi ilə müəyyən edilirdi.


İlk PS-1 seriya modeli, 1972

Düz bir sentroplan və trapes formalı konsollara malik qanad hazırlandı. Mərkəzi qanadda və yan konsollarda dörd ədəd mühərrik qondolları yerləşdirilib. Qanadın altında suyun üzərində sabitliyini yaxşılaşdıracaq iki ədəd üzgəc qurğu yerləşdirilir. Təyyarənin T formalı korpusu oxvaridir və sabitləşdirici trapesiya quruluşuna malikdir. Öndə istiqamət rulları, arxadakı sabitləşdirici üzərində isə yüksəklik rulları yerləşir.

Stabilizatorda iki hissəli qanadlar yer alır. Sıxılmış qaz, köməkçi elektrik stansiyası tərəfindən idarə olunan kompressordan daxili boru kəmərləri vasitəsilə təmin edilir. PS-1 layihəsi ayrıca olaraq, 1360 at gücündə olan "General Electric" şirkətinin bir ədəd T-58 qaz turbinli mühərrikin quraşdırılması üçün nəzərdə tutulub. Sərhəd qatının üfürülməsi rulların ətrafındakı axını optimallaşdırmağa imkan verir və nəticədə onların effektivliyi artır. Bunun əsas nəticəsi isə aşağı sürətdə uçuş da daxil olmaqla, bütün rejimlərdə idarəolunmanın yaxşılaşmasından ibarət olub.

Əsas güc qurğusu olaraq, 3000 at gücündə "General Electric" istehsalı olan T64-IHI-10 markalı dörd ədəd turbo mühərrikdən istifadə olunur. Mühərriklər yüksək hündürlüyü olan üç pərvanəli qanaddan ibarət olan 4.42 m diametri olan "Hamilton Standard 63E-1" vintlərini hərəkətə gətirir. Pərvanələr daim suyun səthindən yuxarıda qalır. Dalğalarla əlaqə istisna edilir.


Təyyarənin cihazlar paneli

Təyyarə əsasən su aerodromlarından istifadə etməli idi, lakin eyni zamanda quru meydançalardan da istifadə edə bilərdi. Suya enməsi üçün geri çəkilə bilən üç dayaqlı şassilərlə təmin olunurdu və hərəsində bir cüt təkər olan üç dayaq fyuzelaja çəkilirdi.

"Sin Maiva" PS-1 uçan gəmisi çox məqsədli bir təyyarə olaraq inkişaf etdirildi. Bu səbəbdən hər bir konkret modelin avadanlıqlarının tərkibi, ekipajının sayı və s. təyyarənin xüsusi təyinatından asılı idi. Lakin bütün hallarda ekipaj iki pilotdan, şturman və uçuş mühəndisindən ibarət idi. Bortda hər zaman bir neçə növ rabitə avadanlıqları fəaliyyət göstərirdi. Sükan idarəetmə sistemi dönməz bir hidravlik qurğudan istifadə edərək inşa edildi.

Yüklərin və ya sərnişinlərin daşınması üçün gövdənin bütün mərkəzi və quyruq hissəsini tutan böyük bir kabin nəzərdə tutulurdu. Sol bortun quyruq tərəfində yerləşən qapıdan kabinə giriş təmin edilirdi. "Yer" təyyarələrində mövcud olan böyük bir yükləmə mexanizmi nəzərdə tutulmurdu.

Layihəyə görə, PS-1 təyyarəsinin hündürlüyü 9.95 m, uzunluğu 33,5 m, çəkisi 23.3 t, qanad açılşı isə 33,15 m olmali idi. Maksimum qalxma kütləsi 35 t olan təyyarənin maksimum uçuş sürəti 510 km/s-ə çatdırıldı. Uçuş məsafəsi 3800 km-dən çoxdur. Maksimal uçuş yüksəkliyi 7.2 km ilə məhdudlaşdı. Hidrotəyyarə 3 metr hündürlüyə qədər dalğalanmada və 28 km/saata qədər küləkdə enmə və qalxmanı təmin edirdi.


Yanğın təyyarəsi konfiqurasiyasında PX-S pilot modeli

1965-ci ilin aprelində "Sin Maiva" şirkəti PS-1 ilk prototipinin istehsalına başladı. Bu maşın PX-S şəxsi adını aldı. Uçan gəminin montajı iki ildən çox çəkdi. Şirkət tələb olunan komponentlərin əsas hissəsini müstəqil şəkildə hazırladı. "İşikavadzima-Xarima" şirkətindən Amerikanın lisenziyası əsasında hazırlanan iki növ mühərrik alındı. 1967-ci ilin ortalarında ilk prototip montaj sexindən çıxdı. Bu zamana qədər ikinci maşının toplanması bütün sürətilə davam edirdi.

PX-S-nin ilk uçuşu 1967-ci il oktyabrın 5-də baş tutdu. Bir neçə ay sonra, 1968-ci ilin əvvəlində ikinci prototip (bəzi məlumatlara görə, seriyanın ilk maşını kimi təqdim edildi) də sınaqlarda iştirak etdi. Bir neçə ay ərzində keçirilən sınaqlar hər iki prototipin potensialını göstərdi. Bundan əlavə, bəzi dizayn qüsurları müəyyən edildi və aradan qaldırıldı. Bundan sonra, nümunələri 51-ci sınaq eskadrilyasına (Lvakuni bazası – red.) göndərdilər. Bu yoxlamaların nəticələrinə əsasən, təyyarə istifadəyə verildi.

Hərbçilərin qərarı ilə, seriya uçan gəminin sualtı qayıq əleyhinə modifikasiyasına keçməli idi. Bu layihə təyyarənin AN/APS-80J radar stansiyası, AQS-10A magnitometri, HQS-101 hidroakustik stansiyası, hidroakustik buylarla və s. ilə təchiz olunmasını nəzərdə tuturdu. Dörd pilotdan əlavə PS-1 ekipajına iki müşahidəçi, iki operator, taktik koordinator və radio operatoru daxildir. Aparatlar və ekipaj yük kabinəsinə, avadanlıqlar və iş yerləri sol tərəfdə, istirahət və mətbəx isə solda yerləşdirildi.

Kabinenin quyruq hissəsində radio-hidroakustik buyların daşınması üçün bir bölmə nəzərdə tutulurdu. Burada 20-yə qədər bu tip qurğular və onların suya buraxılması vasitələri yerləşdirildi. Qanadlardakı qondollar arasında sualtı qayıq əleyhinə silahlar üçün iki kronşteyn quraşdırılıb. Aşkar edilən hədəfləri 4 ədəd 150 kq ağırlığında dərinlik bombaları və ya Mk 44-Mk 73 torpedalarından istifadə edərək məhv etmək təklif edilirdi. Qanadların sonunda isə "Zuni" ailəsinə mənsub 6 ədəd 127-mm idarəolunmayan raketlərin atıçı mexanizmləri yerləşirdi.


Sualtı qayıq əleyhinə təyyarələr uçuşda

60-cı illərin sonlarında "Sin Maiva" şirkəti iki ədəd seriya öncəsi təyyarəsini yaratdı. 1969-cu ildə sualtı qayıq əleyhinə kompleksə malik olan ilk PS-1 havaya yüksəldi. Yaxın bir neçə il ərzində Yaponiya dəniz aviasiyası bu cür təyyarələrin iki partiyasını əldə etdi. Ümumilikdə prototiplər də daxil olmaqla 23 uçan qayıq istehsal edildi. Təcrübə məqsədli prototiplər və seriya istehsalı texnikalar İvakuni bazasında dislokasiya olan 31-ci sualtı qayıq əleyhinə ekadrilyaya təslim edildi.

Kütləvi istehsala başlamazdan öncə, Milli Yanğın Mühafizə Agentliyi PS-1 layihəsi ilə maraqlandı. Agentliyin sifarişi ilə yeni bir təyyarənin modifikasiyası yaradıldı. 1976-cı ildə PX-S eksperimental nümunəsi maye üçün su çəni, su qəbuledici və suyun buraxılmasi üçün xortumla təmin etdilər. Suda hərəkət edən təyyarə 8 tondan çox su toplayaraq, yanğının üzərinə atırdı. 1976-cı ildə eksperimental təyyarə bütün lazımi sınaqlardan keçdi, lakin layihə çətin vəziyyətdə qaldı. Sifariş olmadı və səksəninci illərin əvvəllərində təyyarənin bu versiyasından imtina edildi.

Hərbi sınaqlar mərhələsində "Sin Meiva" PS-1 təyyarələri göstərdiyi müsbət həticələrə görə Hərbi Dəniz Qüvvələrinin böyük marağına səbəb oldu. Bununla əlaqədar, digər məqsədlər üçün birləşdirilmiş layihələrə malik maşınların hazırlanmasını qərara aldılar. Dəniz aviasiyası üçün nəqliyyat və axtarış-xilasetmə vasitəsi tələb olunurdu. Şirkət yanğın təyyarəsinin və sərnişin modelinin yeni versiyasını da yaratdı.

PS-1 orijinal layihəsinin inkişafı nəticəsində US-1 adlı yeni bir təyyarə yaradıldı. İlk belə maşın 1974-cü ildə havaya qalxdı və bir neçə il sonra seriya istehsalı üçün sifariş verildi. Yüksək xüsusiyyətləri olan və kifayət qədər geniş imkanlar olan uçan təyyarələr dəniz aviasiya qurumlarında öz yerlərini tapdılar.


PS-1 sahilə çıxa bilərdi, lakin quru torpaq zolaqlarından qalxması istisna edilirdi

PS-1 əsas təyyarələrinin istifadəsi səksəninci illərin sonunadək davam etdi. Dəniz aviasiyası 20 belə nəqliyyat vasitəsi aldı. Bu və ya digər hallarda xidmət zamanı altı təyyarə itirildi. Digərləri, bu avadanlıqların dəyişdirilməsi qərarı verilənə qədər səksənlərin sonlarına kimi xidmət etməkdə davam etdilər.

Nisbətən kiçik yaşına baxmayaraq, 80-ci illərdə uçan PS-1 gəmiləri Yapon ordusunun tələblərinə cavab vermirdi. Mümkün olan düşmənin müasir sualtı qayıqlarının aşkarlanmasına artıq zəmanət verilmirdi və buna görə də komandanlıq hərəkət etməyə məcbur oldu. 1989-cu ildə Yaponiya Dəniz Müdafiə Qüvvələri PS-1 təyyarələrini silahlanmadan çıxarmağa qərar verdi. Sualtı qayıqların tapılması və aşkar edilməsi vəzifəsi indi digər təyyarələr tərəfindən həll ediləcəkdi. Mövcud təklifləri araşdıraraq, Yaponiya hərbçiləri ABŞ-ın "Lockheed P-3 Orion" təyyarəsini seçdi.

Tezliklə mənəvi cəhətdən köhnəlmiş texnika istismardan çıxarıldı. Bir çox uçan qayıq muzeylərə təhvil verildi, qalanları utilizasiya göndərildi. Qeyd edək ki, PS-1-dən imtina US-1 hava gəmisinin gələcək xidmətlərinə təsir etməyib. Bir müddət onlar HDQ-nin sıralarında qaldılar və nəqliyyat problemlərini həll etməyə və ya zərərçəkənlərə yardım göstərməyə davam etdilər. Daha sonra onlar da dəyişdirildi, lakin bu dəfə yerli texnikalarla əvəz olundu.

"Sin Maiva" şirkəti, əvvəlki "Kavanishi Kokuki", uçan gəmilərin tikintisində çox böyük təcrübəyə malik idi və həmçinin müasir texnologiyalardan necə istifadə etdiyini bilirdi. Bütün bunlar sualtı qayıq əleyhinə təyyarənin kifayət qədər müvəffəqiyyətli bir layihəsini inkişaf etdirməyə imkan verirdi. Bundan əlavə, bu texnologiya modeli, fərqli məqsədlər üçün nəzərdə tutulan yeni təyyarələrə, əslində bütün ailə üçün bazaya çevrildi.

Yazı Ryabov Kirilin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sin-Meiva   PS-1   Yaponiya  


Bizi "telegram"da izləyin