OASuW (Offensive Anti-Surface Weapon) proqramı çərçivəsində "Lockheed Martin" şirkəti yeni AGM-158C LRASM (Long Range Anti-Ship Missile) uzunmənzilli gəmi əleyhinə raketini hazırlayacaq. LRASM, hava bazalı AGM-158B LRASM-ER (Long Range Anti-Ship Missile-Extended Range) qanadlı raketlərinin yeni modelidir və təyinatına görə müasir sensor komplekti və suüstü hədəflərlə mübarizə aparmaq üçün avadanlıqlarla təchiz olunur
MBDA kompaniyası tərəfindən həyata keçirilən birgə İngilis-Fransız layihəsi olan "Sea Venom/Anti-Navire Leger (ANL)" raketinin inkişaf proqramı yeni bir səviyyəyə çatdırılaraq keçən il iyun ayında Fransanın cənubundakı poliqonda "Dauphin" helikopterindən ilk uğurlu sınaqları keçirib. 2018-ci ilin sonunda bu raketlərin idarəolunan seriyasının buraxılışları planlaşdırılır. "Sea Venom/ANL" layihəsi İngilis və Fransanın "Future Anti Surface Guided Weapon" (Heavy), "Anti Navire Leger (ANL)" tələblərinə uyğun olaraq həyata keçirilir və Britaniyanın köhnə "Sea Skua", o cümlədən Fransanın AS15TT gəmi əleyhinə raketlərini əvəz etmək üçün nəzərdə tutulub.
Yeni gəmi əleyhinə raketlərə qarşı irəli sürülən tələblər arasında 110 kq çəkiyə və 2,5 metr uzunluğa malik yüngül, coxfunksiyalı raketin 20 km məsafədə hədəfləri məhv etməsi, yüksək səsə qədər sürət və helikopterdən buraxıla bilməsi əsas yer tuturdu.
2017-ci ilin yayında İngilis-Fransız layihəsi olan "Sea Venom/Anti-Navire Leger" (ANL) raketinin inkişaf proqramı yeni bir səviyyəyə çatdırılaraq Fransanın cənubundakı poliqonda "Dauphin" helikopterindən ilk uğurlu sınaqlarını keçirdi
Raket dəniz səthinə çox yaxın hündürlükdə daxil olmaqla bir neçə rejimdə uça bilər. Operator uçuşu idarə edərək ona düzəliş və ya tapşırığa təhlükəsiz şəkildə xitam verə biləcək. Yarım aktiv lazer tuşlama başlığı sayəsində raket hədəfi görünüş zonasından kənarda da ələ keçirə bilir. Quyruq tərəfində start mühərriki, orta hissədə isə marş mühərriki yerləşir. Sahildə və ya dənizdə, istənilən iqlim şəraitində vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan "Sea Venom/ANL" raketləri Fransız donanmasının yeni HIL (Helicoptere Interarmees Leger) helikopterlərini, Britaniya HDQ-də isə AW159 "Wildcat" helikopterlərinin təchizatında istifadə olunacaq.
Təhlükəsiz məsafədən yüksək sürətli dəniz katerlərini, orta ölçülü korvet və gəmiləri məhv etmyə qadir olan raketlər müxtəlif platformalara quraşdırıla bilər. Məsələn, mövcud "Lynx" helikopteri ilə uyğunluğunu nümayiş etdirmək üçün raketin hava nəqliyyatı ilə daşınma sınaqları keçirilib.
110 kq ağırlığında və 20 km atəş məsadəsi olan "Sea Venom/ANL" raketi buraxılışdan sonra "Safran" şirkətinin soyudulmayan özütuşlanan başlığını və operatoru idarəetmə konturuna daxil etmək üçün ikitərəfli rabitə kanalı aktiv rejimə keçir. Raket dəniz səthinə çox yaxın hündürlükdə daxil olmaqla bir neçə rejimdə uça bilər, operator uçuşu idarə edərək ona düzəliş və ya tapşırığı təhlükəsiz şəkildə ləğv edə biləcək
ABŞ layihələri
ABŞ Hərbi Dəniz Qüvvələri (A2/AD) şəbəkəsi yaradaraq giriş və çıxışları nəzarətə almaq üçün şəbəkə yaradan rəqiblərinin dənizdə davamlı artan resursları qarşısında dənizə nəzarəti təmin etmək məqsədilə "Paylanan ölüm" strategiyasını inkişaf etdirmək niyyətindədir. Bu strategiya ABŞ HDQ-nin daha açıq şəkildə "hücum" mövqeyinə keçməsi üçün donanmanın yeni silahlarla təchizatını və yenidən istiqamətləndirilməsini təmin etməlidir. ABŞ Hərbi Dəniz Qüvvələrinin SM- 6 "Raytheon" gəmi əleyhinə "yer-hava" raketləri də daxil olmaqla, mövcud və yeni silah sistemləri ilə yanaşı, dəniz və hava bazalarının yenilənməsi üzrə çalışmalar sürətləndirlib.
A2/AD (Anti-access and area-denial - Giriş qadağası /zonanın bloklanması) terminini aydınlaşdıraq. "Giriş qadağası" düşmən qüvvələrinın döyüş əməliyyatlar teatrında yerləşdirilməsinin tempini aşağı salmaq və ya qarşısını almaq, yaxud da əməliyyatları keçirilməsi plasdarmını arzu edilən ərazidən daha uzaqda yerləşdirməyə məcbur etmək kimi anlaşılır. "Zona bloklanması" isə manevr azadlığını məhdudlaşdırmaq, manevrlərin əməliyyat effektivliyini azaltmaq və döyüş əməliyyat teatrında müttəfiq qüvvələrinin əməliyyatları ilə bağlı risklərin azaldılması üçün tədbirləri əhatə edir.
"Tomahawk" raketlərin bütün ailəsi, o cümlədən MST proqramına (Maritime Strike Tomahawk) daxil olan dəqiqləşdirilməyən sayda "Tomahawk Land Attack Missile" (TLAM) və ya Block IV silah sistemləri, çətin radiomaneə və giriş qadağası/zonanın bloklanması şəraitində öz trajektoriyasına sərbəst düzəliş edə bilmələri üçün təkmilləşdirilən naviqasiya və çoxkanallı rabitə paketi ilə təmin olunacaqlar
ABŞ Hərbi Dəniz Qüvvələri 90-cı illərdə "Tomahawk Anti-Ship Missile" (TASM) raketlərini silahlanmadan çıxarmaqla itirdiyi mövqeləri bərpa etmək etmək üçün "Maritime Strike Tomahawk" (MST) raketlərinin növbəti versiyasını inkişaf etdirir. "Raytheon" şirkəti sürətli yerləşdirilmə proqramına uyğun olaraq ötən payızda dəqiq olmayan sayda "Tomahawk Land Attack Missile" (TLAN) və ya Block IV raketlərinə dənizdə hərəkət hədəfləri ələ keçirə biləcək yeni özütuşlanan başlıqların inteqrasiyası üçün müqavilə imzaladı. Əldə edilən məlumatlara görə, yeni çoxfunksiyalı passiv-aktiv rejimli naviqasiya və rabitə dəsti ilə birlikdə "Tomahawk" raketləri çətin radioelektron maneələr və ya A2/AD mühitində sərbəst hərəkət etmək imkanına malik olacaq yeni prosessor əldə edəcək. Bu proqrama əsasən mövcud ikikanallı peyk rabitə sistemi "M-kode GPS" modulu ilə əvəz ediləcək.
ABŞ-Britaniya çoxməqsədli döyüş başlıqlarının inkişafı ilə 2019-ci ildə başlayacaq Block IV raketlərinin kibertəhlükəsizliyin yüksək səviyyəsi ilə xarakterizə olunan "Tactical Tomahawk Weapons Control System" (TTWCS) proqramı, rabitə və naviqasiya sistemlərinin təkmilləşdirilməsi üzrə RCC MST layihəsi ilə paralel olaraq həyata keçiriləcək. Bu versiya üzrə yenilənmə raketlərin ömrünü 15 il (ümumilikdə 30 il) uzadacaq. Beləliklə,"Tomahawk" raketləri 2040-cı illərin sonuna qədər Kral Hərbi Dəniz Qüvvələrində xidmət edəcək. Eyni zamanda, 2018-ci ildə ABŞ bütün Block III raketlərini silahlanmadan çıxarmağı (bunu necə edəcəyini tapmaq çətin deyil, məsələn Suriyada həyata keçirilə bilər) planlaşdırır. "Tomahawk" silah sisteminin üzunmüddətli dəyişdirilməsi NGLAW (Next Generation Land Attack Weapon) proqramı tərəfindən təmin olunacaq. Yerüstü və dəniz hədəflərinə suüstü və sualtı platformalardan hücum edə biləcək raketlər əvvəlcə arsenalı tamamlayacaq, sonra isə əvvəlki "Tomahawk" raketlərini tamamilə əvəz edəcək. NGLAW raketinin silahlanmaya qəbulu 2028-2030-cı illər üçün nəzərdə tutulub.
ABŞ Hərbi Dəniz Qüvvələri "Maritime Strike Tomahawk" (MST) proqramı vasitəsilə uzun mənzilli gəmi əleyhinə imkanlarını bərpa etmək istəyir. "Raytheon" şirkəti sürətli yerləşdirilmə proqramına uyğun olaraq ötən payızda dəqiq olmayan sayda "Tomahawk Land Attack Missile" (TLAN) və ya Block IV raketlərinə dənizdə hərəkət hədəfləri ələ keçirə biləcək yeni özütuşlanan başlıqların inteqrasiyası üçün müqavilə imzalayıb
Silah sistemlərinin daha da genişləndirilməsi üzrə "Boeing AGM/UGM/RGM-84 Harpoon" proqramı xarici ölkələrə silah və hərbi texnika satışı haqqında ABŞ qanunlarına uyğun olaraq aparılır. Fevral ayında Müdafiə Hərbi Əməkdaşlıq İdarəsindən yayılan məlumata görə, Finlandiya müasir "RGM-84Q-4 Harpoon Block II + ER" və "Harpoon Block II" (RGM-84L-4 Harpoon Block II) gəmi əlehinə raketlərinin ilk sahibi olacaq. Gözlənildiyi kimi, yeni versiyadakı raketlər "Hamina" sinifindən olan raket qayıqların, bir çox yeni korvet və sahil batareyalarının silahlanmasında yer alacaq.
"Harpoon Block II Plus Extended Range" (Block II + ER) modelləri "Boeing" şirkəti tərəfindən belə təsvir olunur: "Yeni raketlər, "Harpoon Block II" + və "Harpoon Extended Range" (ER) sistemlərinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirən və operatorlara kiçik xərclə imkanlarını daha da artıracaq müasirləşmə variantları təklif edən bir silah sistemidir".
Son variant raket sələfi olan "Harpoon" raketini daha səmərəli mühərrik və əlavə yanacaq sayəsində digər xüsusiyyətləri dəyişdirmədən fəaliyyət radiusunu iki dəfədə çox artıraraq 124 km-ə çatdırdı.
Beləliklə yeni raketlər mövcud infrastruktur və texniki xidmət sistemi ilə uyğun qalaraq istənilən şəraitdə yerüstü və suüstü hədəflərin mübarizə vəzifələrini yerinə yetirmək üçün bütün imkanlarını qorudu.
"Block II+" və "Harpoon ER" raketlərinin imkanlarının toplam cəmi daha səmərəli mühərrik və əlavə yanacaq sayəsində digər xüsusiyyətləri dəyişdirmədən fəaliyyət radiusunu (fotoda FA-18SF "Super Hornet" qırıcısı raket buraxır) iki dəfədən çox artırdı. Hazırda yeni "Block II + ER" raketləri potensial alıcılara yenilənən komplektlərlə təklif olunur
ABŞ HDQ-nin məlumatına görə, havadan buraxılan "AGM-84N Harpoon Block II +" raketlərinin etibarlılığı və dayanıqlılığı yeni GPS tuşlama komplekti sayəsində əhəmiyyətli dərəcədə artıb. Yeni "Data Link 16" REM şəraitində belə uçuş trayrktoriyasını tənzimləməyə, hədəfi dəyişdirməyə və ya döyüş tapşırığını ləğv etməyə imkan verir. Raket müxtəlif hava və yerüstü/suüstü platformalardan buraxıla bilər. 2018-ci ilin sonunda ABŞ HDQ yeni "Harpoon Block II + " raketlərini F/A-18E/F "Super Hornet" qırıcılarına, sonrakı ildə isə P-8A "Poseidon" patrul təyyarələrinə quraşdıracaq.
"Harpoon" raketinin buraxılışı
"Lockheed Martin" şirkəti 2016-ci ilin mayında ABŞ HDQ-nin OASuW (Offensive Anti-Surface Weapon) proqramına əsasən gəmi əleyhinə uzun məsafəli "AGM-158C LRASM" (Long Range Anti-Ship Missile) raketinin hazırlanması, inteqrasiyası və ilk nümunələrinin hazırlanması üzrə müqaviləni əldə etdi.
2017-ci ilin iyulunda ABŞ Hərbi Dəniz Qüvvələri "yer-hava" sinifli raketlərə sahib HHM kompleksi ilə qorunan suüstü gəmilər ilə mübarizə aparmağa imkan verən ilk LRASM raketlərinin seriya istehsalı üzrə müqavilə imzaladı. LRASM raketi, AGM-158B JASSM-ER (Joint Air-to-Surface Standoff Missile - Extended Range) qanadlı raketinin gəmi əleyhinə vəzifələri icra etmək üçün nəzərdə tutulan sensor dəsti ilə təchiz olunan yeni variantıdır. 1000 funt çəkisində olan LRASM raketinin qəlpəli- zirehdələn başlığı, REM-ə qarşı dayanıqlı bir data kanaldan, rəqəmsal GPS-dən, gəmiləri qrup tərkibində aşkar edərək konkret hədəfin məhv edilməsi üçün çoxfunksiyalı özütuşlanan başlıqdan istifadə edir.
Final trayektoriyada hədəfə kilidlənmək üçün optik-elektron başlıqdan və böyük radiusda hədəfi aşkar etmək üçün passiv radiodalğalı başlıqdan ibarət sensor komplekti "BAE Systems Information and Electronic Systems Integration" tərəfindən hazırlanır. Qrafikə əsasən yeni raket nümunələri 2019-cu ilin sonuna qədər B-1 bombardmançılarında, 2020-ci ilin sonuna qədər isə F/A-18E/F qırıcılarında quraşdırılacaq.
ABŞ Hərbi Dəniz Qüvvələrinin tələblərinə cavab vermək üçün "Lockheed Martin" şirkəti LRASM raketlərini inkişaf etdirmək məqsədilə raketlərin iki variantının uğurlu sınaqlarını həyata keçirib. Eyni tipli raket birinci variantda vertikal Мк 41 VLS atıcı qurğusundan, ikinci variantda isə raket göyərtədəki meylli atıcı qurğudan buraxılıb
"Lockheed Martin" şirkəti daim LRASM ailəsini inkişaf etdirir. Raketlərin suüstü/yerüstü versiyalarını hazırlayan şirkət bir neçə uğurlu sınaqlara da imza atıb. Hazırda Мк 41 " Vertical Launch System" (VLS) atıcı qurğusu bazasında, göyərtə tipli maili atıcı qurğunun raketə maksimum reaktiv güc əldə etməsinə imkan verəcək yeniliklər tətbiq olunur.
ABŞ Hərbi Dəniz Qüvvələri "Paylanan ölüm" strategiyasını dəstəkləmək üçün 2015-ci ilin yayında gəmiəleyhinə OTH-WS (over-the-horizon weapon system -horizontal silah sistemi) raketinin inkişaf proqramına başladı. Məqsəd sahil döyüş gəmilərinin və yeni raket freqatlarının döyüş imkanlarının artırılmasından ibarət idi. ABŞ Donanması kütlə və həcm tələblərini nəzərə alaraq son məhsulları tələb edir; baza sistemi bir atəşi idarəetmə sistemindən, iki və ya dörd buraxılış borusuna malik atıcı qurğunun hər birində 2-4 raketdən ibarət olmalıdır. Bu proqram üçün müraciət edənlər arasında yeni versiya "Harpoon" raketləri ilə Boeing şirkəti, LRASM raketi ilə "Lockheed Martin" və NSM raketləri ilə "Raytheon-Kongsberg" qrupu yer alırdı. Lakin, "Boeing" və "Lockheed Martin" şirkətləri əsas imkanların raketdə istifadəsinə icazə verilmədiyinə və vahid şəbəkədə çalışmaq istəmədiklərinə görə könüllü olaraq layihədən çəkildilər. Nəticədə şirkətlər "Raytheon-Kongsberg" qrupuna OTH-WS layihəsi üçün yalnız iddiaçı olaraq çıxış etmək imkanı verdilər.
Məlumat Nikolay Antonovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az