“Ən-Nüsra” terrorçuları İdlibdə atəşi dayandırıblar

2018/04/1739_1524892376.jpg
Oxunub: 3448     13:13     28 Aprel 2018    
“Ən-Nüsra Cəbhəsi” terror qruplaşması və Suriya müxalifətinin silahlı birləşmələri bütün İdlib vilayəti ərazisində atəşkəsin olması barədə hökumətlə razılığa gəliblər.

Ordu.az “Al Mayadeen” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriya ordusunun komandanlığından olan mənbələr məlumat yayıb.

Məlumata görə, artıq iki ay idi ki, İdlib vilayəti ərazisində hökumət qoşunları və terrorçular arasında döyüşlər davam edirdi. Döyüşlər nəticəsində Hələb və Həmada ümumilikdə minə yaxın döyüşçü məhv edilib, daha 3 min döyüşçü isə yaralanıb.

“Ən-Nüsra Cəbhəsi”nin rəhbəri Əbu Məhəmməd əl-Culani bir döyüş ərzində terrorçuların 750 nəfərdən çox itki verməsindən sonra dərhal atəşkəsə razılıq verib. O cümlədən hökumət qoşunlarına qarşı mübarizə aparan digər silahlı birləşmələr də “Ən-Nüsra Cəbhəsi”nə qoşulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ən-Nüsra-Cəbhəsi   İdlib   Suriya  


Bizi "telegram"da izləyin