Rusiya ilk dəfə zərbə PUA-ları ailəsini nümayiş etdirib – VİDEO

2018/04/11_1524819610.jpg
Oxunub: 3604     17:43     27 Aprel 2018    
Bu gün gecə Moskvanın Qırmızı Meydanında keçirilən Qələbə paradının ik məşqində ictimaiyyət ilk dəfə “Korsar” zərbə PUA-ları ailəsini görə bildirib.

Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, Qərb müşahidəçiləri bu PUA-lar haqqında çox az məlumat olduğunu bildirirdi.

Məşq çərçivəsində “Korsar” pilotsuz aparatı yük maşının üzərində yerləşdirilərək nümayiş etdirilib.

Qanadlarının uzunluğu 6 metr olan 200 kiloqramlıq təyyarə ahəngdar materiallardan tikilib. O, kəşfiyyat aparılması, yüklərin daşınması, radioelektron mübarizə və yerüstü hədəflərə zərbələrin endirilməsində iştirak edə bilir. Bu PUA-lar universal reaktiv qumbaralar və “Ataka” tank əleyhinə idarə olunan raketlərini daşıya bilir.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA  


Bizi "telegram"da izləyin