DARPA 89 milyon dollarlıq dron layihəsini dayandırıb - VİDEO

2018/04/34535_1524818621.jpg
Oxunub: 3852     16:41     27 Aprel 2018    
Pentaqonun gizli silah istehsalçıları onun “Lightning Strike” ksperimental dron layihəsini yararsız hala gətiriblər.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, 2016-cı ildə ABŞ-ın Müdafiə sahəsində Qabaqcıl Araşdırma Layihələr Agentliyi (DARPA) “Aurora Flight Sciences” ilə müqavilə imzalayıb.

Müqavilədə şirkətin ABŞ ordusu üçün şaquli qalxıb-enmə dronları hazırlaması nəzərdə tutulurdu. Dronların ilk uçuşları isə bu il baş tutacaqdı. Lakin DARPA bu mərhələyə gəlməzdən öncə proqramı dayandırıb.

DARPA-nın mətbuat katibi Yared Adams faktı təsdiqləyərək bildirib ki, DARPA-nın digər proqramlarından dolayı dronların hazırlanmasından imtina edilib. Lakin artıq bu vaxta qədər şirkətə 89 milyon dollar ödənlib.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DARPA   Dron-layihəsi  


Bizi "telegram"da izləyin