Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Mənim addımım" təşəbbüsünün rəhbəri, deputat, Ermənistan müxalifət hərəkatının lideri Nikol Paşinyan Rusiyanın RBK kanalına müsahibəsində Ermənistandakı Rusiya səfiri ilə görüşü barədə məlumat verib.
O bildirib ki, səfir İvan Volinkinlə görüşündə Rusiyanın hadisələrə müdaxilə etməyəcəyinə dair vəd verilib.
Paşinyan, dünən baş tutan görüşə, özünün təşəbbüs göstərdiyini qeyd edib. O, görüşdə Ermənistandakı daxili-siyasi vəziyyət və Qarabağ münaqişəsi ətrafında müzakirələr aparıldığını qeyd edib.
Lakin Paşinyan bu barədə ətraflı məlumat verməyib.
Alpər Mövludoğlu
Ordu.az