Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Operativ İdarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskov bəyan edib.
“Terrorçular 28 ədəd tank, 23 ədəd operativ-taktiki “Skad” raketi, 35 ədəd tank əleyhinə əl qumbaraatanı, həmçinin xeyli sayda atıcı silahı Suriya ordusuna təhvil verib”, - deyə Rudskoy bildirib.
General-polkovnikin sözlərinə görə, terrorçuların orduya təhvil verdiyi TOW tank əleyhinə raket komplkesi xüsusilə böyük maraq doğurub.
Ağalar Qəribov
Ordu.az