Hindistana S-400-lərin çatdırılması ilə bağlı müqavilə bu il bağlana bilər

2018/04/Anticraft-missile-system-Reu456456_1524654402.jpg
Oxunub: 2975     19:05     25 Aprel 2018    
S-400 havadan müdafiə sistemlərinin Hindistana satılması ilə bağlı bu il Rusiya və Hindistan arasında nəhəng müqavilə imzalana bilər.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal İdarəsinin rəhbəri Dmitri Şuqayev danışıb.

“Düşünürəm ki, cari il ərzində biz kontraktı imzalayacayıq”, - deyə Şuqayev söyləyib. Şuqayevin sözlərinə görə, qiymət məsələsi istisna olmaqla, bütün digər detallar artıq razılaşdırılıb.

Qeyd edək ki, 2016-cı il oktyabrın 15-də Hindistan S-400-lərin alınmasına dair Rusiya ilə müqavilə imzalayacağını elan edib. Müqavilənin 5,5 milyard dollar dəyərində olacağı gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   S-400   Rusiya  


Bizi "telegram"da izləyin