NATO-nun iclasında Ermənistanın işğalçı siyasətindən bəhs edilib

2018/04/456456_1524654231.jpg
Oxunub: 3591     18:53     25 Aprel 2018    
“Azərbaycan yalnız işğal olunan torpaqların azad edilməsindən sonra kompromissə gedə bilər”.

Ordu.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasının Batumidə keçirilən seminar çərçivəsində Azərbaycanlı deputatlar bildirib.

“Bütün beynəlxalq təşkilatlar Ermənistandan Dağlıq Qarabağ münaqişəsinə dair BMT tərəfindən qəbul edilən qətnamələrin icrasını tələb etməlidir”, - deyə Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Sessiyada diqqət mərkəzində olan əsas məsələ Cənubi Qafqazda davam edən münaqişə və onun doğurduğu təhlükə idi.

İştirak edən Ermənistan tərəfini təmsil edən Benyamin Poqosyan da münaqişənin tənzimlənməsində kompromisslərin zəruri olduğunu qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin