Ordu.az xəbər verir ki, Martunidən çağırılaraq işğalçı orduda xidmət edən Nareq Paramazyanın ağır xəstə olması və bununla əlaqədar dəfələrlə komandanlığa müraciət etməsinə baxmayaraq, o, göndərilməyərək məcburən hərbi hissənin tibb məntəqəsində saxlanılır.
Faktla bağlı öz narazılığını sosial şəbəkədə bölüşən A.Stepanyan xəstə əsgərin qohumudur. O, bildirib ki, xəstəliyin ağırlaşması səbəbindən artıq qan qusan əsgər N.Paramazyanın hərbi hospitala göndərilməsi üçün valideynləri hərbi hissə komandanlığına yaxın olan bəzi adamlardan da xahiş ediblər.
Xəstə əsgərin qohumu təəssüflə yazır: “Belə çıxır ki, xəstə əsgərimizin ölməməsi üçün ya yüksək vəzifəli şəxsə tapşırmalı, ya komandirə yalvarmalı, ya da rüşvət verməliyik”.
Əsgərin yaxınları onun Xankəndində yerləşən hərbi hospitalda müalicəyə göndərilməsinə nail olmaq üçün yollar arayır.
Ordu.az