Ölən erməni əsgər haqqında yeni məlumatlar yayılıb

2018/04/vzriv-0005345_1522310459_1522330271_1522838787_1523090259_1523615295_1523995180_1524059278.jpg
Oxunub: 4033     21:46     18 Aprel 2018    
Qarabağda ölən erməni əsgəri Stepanavan şəhər sakini olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən işğal altında olan Qarabağ ərazisində mina partlayışı nəticəsində ölən 20 yaşlı erməni hərbi qulluqçusu, Ermənistanın Lori vilayətinin Stepanavan şəhər sakini olub.

Məlumata görə, o, 2 aydan sonra təxris olmalı idi. Ölən erməni əsgəri Ruslan Zoriki Manukyanın eyni hərbi hissədə xidmət edən əkiz qardaşı var.

Xatırladaq ki, 17 aprel 2018-ci il tarixində işğal altında olan Qarabağın şimal hissəsində yerləşən hərbi hissələrdən birində mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü, erməni ordusunun hərbi qulluqçusu Ruslan Zoriki Manukyan ölüb.

Hadisənin detallarının araşdırılması məqsədilə araşdırma aparılır.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Qarabağ   Ölüm  


Bizi "telegram"da izləyin