Qarabağda ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb

2018/04/345345_1522061376_1523901819.jpeg
Oxunub: 2564     22:43     16 Aprel 2018    
İşğal altında olan Qarabağın şimal istiqamətində ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisəyə səbəb ön xətt bölmələrində mühəndis-istehkam işləri yerinə yetirən əsgərlərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində baş vermiş mübahisə olub.

Ermənistanın Geğarkunik vilayətinin, Martuni şəhərindən hərbi xidmətə çağrılan Alek Karapetyan Qarabağdan olan snyaper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub.

Təcili yardım maşını ilə Ağdərə xəstəxanasına çatdırılan əsgərə ilkin tibbi yardım göstərlidikdən sonra hərbi hospitala göndərilib. Yaralı əsgər barədə hərbi polisə məlumat verən növbətçi tibb bacısının bildirdiyinə görə, hərbi qulluqçu çoxlu qan itirib.

Hərbi hissə komandiri Stepanyana verilən məlumatda xəstəxananın kardioloqu və hərbi həkim Azaryanın da faktı təsdiq etdiyi bildirilir. Həkimlərin səyinə baxmayaraq ağır yaralanmış A. Karapetyanın həyatını xilas etmək mümkün olmayıb.

Əsgər yoldaşını öldürən Armik adlı hərbi qulluqçunun işğal altında olan Xocavənd rayonundan olduğu bildirilir.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-əsgər   Ölüm  

Qarabağda ölən erməni əsgər haqqında yeni məlumatlar açıqlanıb

2018/04/345345_1522061376_1523901819.jpeg
Oxunub: 2565     22:43     16 Aprel 2018    