"Xəstəyəm, dərmanla yaşayıram" - Kəlbəcər girovunun məktubu

2018/04/1458481515_1523865532.jpg
Oxunub: 1768     11:54     16 Aprel 2018    
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev ailəsinə məktub göndərib.

Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. O, bildirib ki, bir neçə gün bundan öncə Şahbazla bağlı məlumat alıb.

“Qardaşım məktubunda xəstə olduğunu və dərmanla yaşadığını yazıb. Ondan narahat olmamağımızı bildirib. Məktub 3-4 cümlədən ibarətdir. Təbii ki, bunu nəzarət altında yazıb. Onun yalnız videosunu gördükdən sonra əsil vəziyyətini öyrənə bilərik”.

Digər kəlbəcərli girov Dilqəm Əsgərov isə ailəsinə məktub yazmayıb. Girovun oğlu Kürdoğlu Əsgərov Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşdüyünü, ancaq ondan məktub gəlmədiyini deyib.

“Atamla görüşdüklərini, narahat olmamağımızı bildirdilər. Necə narahat olmayım ki, atamdan nə məktub almışam, nə də videosunu gətiriblər. Güman edirəm ki, vəziyyəti o qədər pisdir ki, nə məktub yaza bilir, nə də görüntüsünü çəkə bilirlər. Sonun dəfə məktubu noyabr ayında almışam”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ordu.az

Teqlər: Kəlbəcər   Şahbaz-Quliyev   Qarabağ  

Xəbər lenti

"Xəstəyəm, dərmanla yaşayıram" - Kəlbəcər girovunun məktubu

2018/04/1458481515_1523865532.jpg
Oxunub: 1769     11:54     16 Aprel 2018    