Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Yaxın Şərq və Qafqaz üzrə rusiyalı ekspert Stanislav Tarasov bildirib.
O, erməni jurnalistlərinin Azərbaycan-Ermənistan sərhəd xətti ilə bağlı verdiyi təxribatçı suallarından yayınaraq, Qarabağ danışıqlarının növbəti mərhələsinin keçirilməsi barədə danışıb.
"Hər iki ölkədə prezident seçildi. İndi iki ölkə arasında dialoqun necə baş tutacağı maraqlıdır. Bu dialoq ümumiyyətlə aparılacaqmı və ya hansı şərtlərlə aparılacaq, tərəflər doğrudan da dalandan çıxmağa səy göstərəcəkmi? Hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır”, - deyə Tarasov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az