Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.
“Hücum Suriyada kimyəvi və bioloji silahların araşdırılması, hazırlanması və istifadəsi potensialını uzunmüddətli şəkildə aşağı salacaq, bu səbəbdən əlavə zərbələrin endirilməsi nəzərdə tutulmayıb”, - deyə Mettis bildirib.
O qeyd edib ki, Suriya hökuməti artıq fərqli münasibət nümayiş etdirmək məcburiyyətində olacaq.
Ağalar Qəribov
Ordu.az