Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu fikirləri adı açıqlanmayan İsrail rəsmisi səsləndirib.
“Ötən il Tramp aydın etdi ki, kimyəvi silahdan istifadə qırmızı xəttin keçilməsi deməkdir. Bu gecə Amerikanın rəhbərliyi altında Fransa və Birləşmiş Krallıq bu xəttin müdafiəsinə qalxıb”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün gecə saatlarında ABŞ, Birləşmiş Krallıq və Fransa silahlı qüvvələri Suriyaya raket zərbələri endirməyə başlayıb.
Ağalar Ağalarlı
Ordu.az