Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan prezidenti Serj Sarkisyan Milli Politexnik Universitetinin hava robotlarının təhsil araşdırma mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar universitetə səfər edib.
Sarkisyan, elm və təhsil naziri, rabitə və informasiya texnologiyaları naziri, müdafiə nazirinin müavini və universitetin rektorunun müşayiəti ilə tədris araşdırma mərkəzində olub.
Məlumata görə, hazırda bu universitetdə pilotsuz uçuş aparatlarının layihə konstruksiya və araşdırma işlərinin həyata keçirilməsi, bu sahədə yüksək nailiyyətləri olan kadr bazası yaradılır.
Hava robot texnikalarının tədris araşdırma mərkəzi, hərəkəti qeydə alan cihazlar və müvafiq layihələndirmə təminatı hazırlayan “Vikon” (İngiltərə şirkəti) sistemləri ilə təmin edilib.
Mərkəz “Hayrenik” hərbi vətənpərvərlik fondunun xeyriyyə yardımı və politexnik universitetin ümumi maliyyələşdirilməsi nəticəsində yaradılıb.
Qeyd edək ki, buna bənzər mərkəz ABŞ-ın İlinoys Universitetində fəaliyyət göstərir. Həmin mərkəzə erməni professor Naira Hovakimyan rəhbərlik edir. O, mərkəzdə elmi araşdırmalara müvafiq yardım və dəstək verəcəklərini bildirib.
Alpər Mövludoğlu
Ordu.az