Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Tsarukyan fraksiyasının deputatı Vardan Bostancyan təhsil naziri Levon Mkrtçyana sual ünvanlayarkən bildirib.
“Respublika peşə doktorlarına çevrilir. Cənab nazir siz tez-tez Avropa ərazisi, Avropa ərazisi deyə qeyd edirsiniz. Avropa ərazisi çox sevimlidir, ancaq biz hazırda Avrasiya iqtisadi əməkdaşlıq ərazisində yerləşirik. İndi mən başa düşə bilmirəm onları inkar edirsiniz?”, - deyə Bostancyan təhsil naziri Levon Mkrtçyana sualla müraciət edib.
O qeyd edib ki, peşə doktorluğu kateqoriyası ümumiyyətlə artıq bir şeydir. Onun sözlərinə görə, Ermənistan ordusundan qaçanlar digər namizədləri müdafiə edən peşə doktorları adlanır.
Alpər Mövludoğlu
Ordu.az