Ordu.az “Global Times”a istinadən xəbər verir ki, məqsəd gələcək “informasiyalaşdırılmış” müharibəyə adaptasiya olmaqdır.
XAO-nun Xüsusi Əməliyyat Qüvvələri olan Səma Canavar Komandosları QTS-11 sistemlərilə ilə təchiz edilib.
QTS-11 sistemləri təkcə odlu silah deyil, həm də tam rəqəmsal fərdi əsgər döyüş sistemidir. Onun detektor və kommunikasiya imkanları var. Sistemlərə hücum tüfəngi və 20 mm-lik minaatan daxildir.
O, anti-personal hədəfləri məhv etməyə qadirdir. Məlumata görə, hər bir QTS-11 sisteminin ağırlığı 7 kiloqrama qədərdir.
Ağalar Ağalarlı
Ordu.az