Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, bu toplanan vəsait hesabına paltaryuyan maşınlar alıb və bunu bəzi hərbi hissələrə təqdim edəcək.
O, artıq 10 ədəddən çox paltaryuyan maşının alındığını və təşəbbüsün yenə də davam etdiriləcəyini bildirib.
"Təşəbbüs yalnız mənim qüvvəmlə aparılmır və məqsədinə çatıb. Bir çox yerlərdə buna ciddi ehtiyac var", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün sosial şəbəkə istifadəçiləri Avaqyanı Ermənistan müdafiə nazirliyinin çatışmamazlıqlarını aşkar etdiyinə görə tənqid ediblər.
Alpər Mövludoğlu
Ordu.az