İranın Müdafiə naziri Azərbaycana səfər edəcək

2018/02/a66dd55a-335b-4181-9f84-4ad382ab68ed123_1519056975.jpg
Oxunub: 3180     00:01     20 Fevral 2018    
Fevralın 21-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfər çərçivəsində İran nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər fevralın 22-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Azərbaycan   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin