Erməni general qorxur: "Azərbaycan istənilən vaxt müharibəyə başlaya bilər"

2018/02/received_2476781602547993_1518887620.jpeg
Oxunub: 2187     00:53     18 Fevral 2018    
"Azərbaycan istənilən vaxt zərbə endirə, müharibəyə başlaya bilər".

Ordu.az “168.am” saytına istinadən xəbər verir ki, bunu ABŞ milli araşdırmalar mərkəzinin elan etdiyi məruzəyə münasibət bildirərəkən, 1992-1995-ci illərdə Ermənistanın baş qəraragah rəisi, 1993-cu ildə müdafiə naziri vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryants deyib.

Erməni general Ali Baş Komandan İlham Əliyevin İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu və xalqın bir gün oraya qayıdacağını bildirməsindən kifayət qədər qorxub.

O, bunu verdiyi açıqlamasında böyük həyəcanla etiraf edib: "Əgər Azərbaycan artıq yalnız Qarabağın deyil, İrəvanın da ona aid olduğunu qeyd edirsə, deməli güclənir və silahlanır. Bilirsiniz ki, əgər silah alınıbsa, o mütləq atəş açacaq. Azərbaycan o qədər silah, hərbi sursatlar alıb ki, istənilən an hücum edə bilər. O sadəcə Ermənistan tərəfinin diqqətinin azalmasını, hökumətdaxili gərgin vəziyyətin yaranmasını, ölkə daxilində təqib, çaxnaşmanın olmasını, bir sözlə uyğun vaxtı, məqamı gözləyir. Yəni Azərbaycan istənilən vaxt zərbə endirə, müharibəyə başlaya bilər".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-general   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin