Ermənistanda hərbi qulluqçu azyaşlıya təcavuz edib

2018/02/photo_30315345_1515161547_1518858564.jpg
Oxunub: 4094     17:22     17 Fevral 2018    
Ermənistanda hərbi qulluqçu azyaşlıya şagirdə təcavuz edib.

Ordu.az “Shamshyan.com” saytına istinadən xəbər verir ki, Sünik vilayətinin polis idarəsinin şöbəsi tərəfindən 16 yaşlı qıza təcavuz edilməsi faktı üzrə araşdırmalara başlanılıb.

Məlum olub ki, Ermənistan ordusunun N nömrəli hərbi hissəsinin 19 yaşlı hərbi qulluqçu, xidmət etdiyi yerin inzibati ərazisinə aid şəhər məktəbinin 8-ci sinif şagirdi ilə cinsi münasibətdə olub.

Araşdırma zamanı həkimlərin verdiyi məlumata görə azyaşlı hamilədir. Polislər təcavuzə məruz qalan azyaşlını və onun anasını taparaq istintaqa cəlb ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorlama  


Bizi "telegram"da izləyin