Ordu.az “Jamanak”a istinadən xəbər verir ki, Ermənistan hökuməti son vaxtlar qəbul edilən “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna əlavə və dəyişiklik edilməsini təklif edir.
Belə ki, qanunda məcburi hərbi xidmət çağırışından hökumət üzvü təyin olunan vətəndaşa, hökumət üzvü olduğu bütün müddət ərzində hərbi xidmətdən möhlət hüququnun verilməsi, bəndinin əlavə olunması təklif edilir.
Maraqlıdır ki, bu bənd kimə görə nəzərdə tutulur? Ermənistanda hərbi xidmət keçmədən hökumət üzvü təyin olunacaq şəxs kimdir?
Ermənistan konstitutsiyasına görə 25 yaşı tamam olan erməni vətəndaş hökumət üzvü təyin oluna bilər. Belə çıxır ki, nəzərdə tutulan şəxs 18 yaşından 25 yaşınadək digər "qanuni yollar"la hərbi xidmətdən möhlət hüququ əldə etməlidir. 25 yaşından sonra isə həmin şəxs Ermənistanda baş nazir və ya nazir təyin olunmaqla hərbi xidmətdən möhlət hüququ almalıdır. Yəni qanuni əsaslarla fərarilik etməlidir...
Alpər Mövludoğlu
Ordu.az