Husilər Yəmənin Cizən və Əsir vilayətlərində koalisiya tərkibində qiyamçılara qarşı vuruşan Səudiyyə Ərəbistanının əsgərlərinə qarşı hücumlar həyata keçirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücum zamanı əsgərlərin toplandığı düşərgəyə bir neçə “Katyuşa” raketi və ağır artilleriyadan atəş açılıb.
Səudiyyə əsgərlərinin raket zərbələri ilə husilərə qarşılıq verdiyi bildirilir. Hücum nəticəsində koalisiya qüvvələrinin bir zirehli texnikası sıradan çıxarılıb.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Husilər
Yəmən
Katyuşa