Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentində vergi qanunvericiliyndə dəyişikliklərin edilməsinə dair aparılan müzakirələr zamanı, yeni qanun layihəsinin müəllifi “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan maraqlı çıxışları ilə yenə də qalmaqal yaradıb.
O qeyd edib ki, Ermənistanda qiymətlərin 21.9% artdığına dair hesablamaları açıqlayarkən zalda oturanlardan heç kim etiraz etmədi. Bu o deməkdir ki, sttatistika komitəsinin verdiyi 2,6 qiymət artımına hamı şübhə ilə yanaşır.
Beləliklə heç kim eyni qaydada Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının üzvü olan Miskavada kərə yağının 2500 dram olması, Ermənistanda isə 4400 dram olması məsələsinə aydınlıq gətirə bilmir.
Hökuməti təmsil edən nümayəndə, bu qanun layihəsi ilə büdcənin 32 milyard dram yük altına düşdüyünü, bu pulu haradan əldə ediləcəyini soruşub.
Paşinyan isə cavabında önəmli məqamlara toxunaraq, aprel döyüşləri zamanı Ermənistan hökumətinin maliyyə toplamalarına diqqət çəkib: "Hər zaman pulu haradan tapaq deyirik. Bu sual bizim adətimizə çevrilib. 2016-cı ildə də deyirdik ki, bu vəsaiti haradan tapaq, nə qədər vəsaitimiz çatır, cəbhəni bir o qədər saxlayırıq. Lakin aprel muharibəsi baş verdikdən sonra bilmirəm, reketliklə təhdid edərək, yalvararaq ya hansı yolla haradansa təcili 5 milyard topladılar və ön xəttdə apardılar. Baş Qərargah rəisi də etiraf edir ki, bu il ərzində cəbhədə aparılan işlər, son 8 ildə aparılmayıb".
Alpər Mövludoğlu
Ordu.az