Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin imtina etdiyi əsgər ailəsinə baş çəkən Ombudsman nümayəndələri erməni əsgəri müalicə etdirib.
Məlumata görə, Voskepar kənd sakininin müraciətinə əsasən Ermənistan ordusunda xidmət edən oğlunun burnunun çəpər əyriliyi əməliyyat edilib, digər oğluna isə təhsil haqqına əlavə güzəşti edilib.
Erməni əsgərin valideynləri bu barədə dəfələrlə müdafiə nazirliyinə müraciət etdiklərini bildirsələr də heç bir tədbirin görülmədiyini qeyd ediblər.
Alpər Mövludoğlu
Ordu.az